Alman Lüteran
kilsəsi ilə tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkirdə
əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, kilsədə bərpa işlərinə 2012-ci
ilin mayında başlanılmış, bu ilin iyulunda
sona çatdırılmışdır.
1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun
illərdən sonra yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salınmışdır. Parkda
rayon sakinlərinin asudə
vaxtlarının səmərəli təşkili üçün lazımi şərait
yaradılmış, uşaq
attraksionları quraşdırılmışdır. Binada müxtəlif dini
ayinlərin təşkili üçün
zal da vardır. Lüteran kilsəsinin bərpası və əsaslı
təmiri Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü
ilə həyata keçirilmişdir. Kilsənin
ərazisi 10 hektardır.
Diqqətə
çatdırıldı ki, Heydər
Əliyev Fondunun həyata keçirdiyi
"Tolerantlığın ünvanı - Azərbaycan"
layihəsi çərçivəsində aparılan yenidənqurma
işləri tarixi keçmişimizə
və dini-mənəvi dəyərlərimizə himayədarlıq
missiyasının daha bir
əyani nümunəsidir. Şəmkirdə əsaslı bərpa
olunan
Alman Lüteran kilsəsi
bu amala xidmət edir.
Kilsə ilə
tanış olan Prezident
İlham Əliyev burada
quraşdırılan orqanın müşayiəti ilə xor kollektivinin
çıxışını dinlədi.
Dövlət
başçısı kilsədə yaradılmış
şəraitdən razılığını bildirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 4.