Gədəbəydə ümummilli liderin abidəsini ziyarət

 

Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 4.