Gədəbəydə
Çolpan çayı üzərindəki
körpü istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə
Çolpan çayı üzərindəki
körpünün
açılışında iştirak etmişdir.
Dövlət
başçısı körpünün
yerləşdiyi avtomobil yolunun
sxematik planı ilə tanış oldu.
Nəqliyyat
naziri Ziya Məmmədov
məlumat verdi ki, körpü Gədəbəy şəhərinin
girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində
1988-ci ildə tikilən üçaşırımlı, 60 metr uzunluğunda olan körpü
uzunmüddətli istismardan və təbii
aşınmalardan sonra qəzalı
vəziyyətə düşmüşdü.
Gədəbəy şəhərinə giriş
üçün alternativ
yol olmadığından yeni
körpünün tikilməsinə zərurət
yaranmışdı. Körpünün
tikintisinə 2012-ci ilin noyabrında
başlanılmış, bu ilin sentyabrında başa
çatdırılmışdır. Yenidən qurulan körpü əhalinin
gediş-gəlişini xeyli
asanlaşdıracaqdır. Körpünün
uzunluğu 95 metr, eni isə 14 metrdir.
Dördaşırımlı körpü
Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat
əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin
rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm
rol oynayacaqdır.
Azərbaycan Prezidenti Gədəbəydə aparılan
abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxdı.
Qeyd edildi
ki, körpü ilə
yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulmuşdur.
Yoldakı hərəkət zolaqlarının eni
11,5, piyadalar üçün
nəzərdə tutulmuş səkilərin
eni 2,5 metrdir. Birinci mərhələdə yolun
Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulmuşdur. Yeni yol yatağı tikilərək üzərinə
asfalt-beton örtük
salınmışdır. Sel
sularının təsirindən uçmuş
yol kənarları bərpa edilmişdir. Yolun bu hissəsinin uzunluğu
27 kilometrdir. İki hərəkət
zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti
işləri tamamlanmışdır. İkinci
mərhələdə yolun
Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcəkdir.
Bu hissənin uzunluğu
29 kilometrdir. Layihəyə uyğun olaraq 10 metr enində torpaq
yatağının üzərində eni
6 metr olan ikizolaqlı
yol tikiləcəkdir. Bundan
əlavə, bəzi hissələrdə beton
suaxıdıcı novların, yol
çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə
tutulmuşdur. Yolun bu hissəsində hazırda tikinti
işləri davam etdirilir.
Hər iki layihə "Gəncəkörpütikinti-2"
ASC tərəfindən uğurla icra olunmuşdur.
Dövlət
başçısı görülmüş
işləri yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 5.