Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul etmişdir

 

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri, ölkəmizdə prezident seçkilərinə hazırlıq və təbliğat kampaniyasının aparılması məsələləri müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 6.