Dünya Elm və
Mədəniyyət Akademiyasının prezidenti
Bakı Dövlət Universitetində olmuşdur
Sentyabrın
7-də Dünya Elm və
Mədəniyyət Akademiyasının prezidenti
İvo Slaus,
akademiyanın idarə heyətinin sədri Garri
Ceykobs Bakı Dövlət Universitetində
(BDU) olmuşlar.
Bakı
Dövlət Universiteti Mətbuat və informasiya şöbəsindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik
Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb barədə
məlumat vermiş, təhsil müəssisəsinin
üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, əməkdaşlıq
çərçivəsində həyata keçirilən
birgə qrant və proqramlardan
danışmışdır.
İvo Slaus Dünya Elm və Mədəniyyət
Akademiyasının 1969-cu ildən fəaliyyət göstərdiyini
və hazırda dünyanın ən nüfuzlu
675 alimindən ibarət elm mərkəzi olduğunu söyləmişdir.
Sonra
qarşılıqlı maraq doğuran məsələlər müzakirə
edilmiş və Bakı Dövlət Universiteti ilə Dünya Elm və Mədəniyyət Akademiyası
arasında əlaqələrin yaradılması, birgə konfrans və simpoziumların keçirilməsi,
proqram və layihələr üzrə iş aparılması qərara
alınmışdır.
Qonaqlar BDU-nun
Heydər Əliyev Muzeyi, elmi-tədqiqat
laboratoriyaları və mərkəzləri ilə də
tanış olmuşlar.
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 8.