Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Kişineuda ECAC dövlətlərinin Mülki Aviasiya Baş Direktorlarının xüsusi müşavirəsində təmsil olunmuşdur

 

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev Moldovanın paytaxtı Kişineuda keçirilmiş Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzv olan dövlətlərin Mülki Aviasiya Baş Direktorlarının 62-ci xüsusi müşavirəsində iştirak etmişdir.

Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) AzərTAc-a bildirmişlər ki, tədbirdə ECAC-ın prezidenti Katalin Raduqurumun icraçı katibi Salvatore Şikitano əvvəlki, 140-cı müşavirədən sonra keçən dövr ərzində ECAC-ın prezidentikatibliyinin fəaliyyəti barədə məlumat vermişlər.

Müşavirədə uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi sahəsində ECAC-a üzv olan dövlətlər qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir.

Həmçinin müşavirə çərçivəsində bu il sentyabrın 24-dən oktyabrın 4-dək Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının Monrealda keçiriləcək 38-ci sessiyasında ECAC-a üzv olan dövlətlərin vahid mövqeyinin formalaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Bununla əlaqədar sessiyada müzakirəyə çıxarılacaq işçi sənədlərin layihələri razılaşdırılmış, ICAO tərəfindən qəbul edilən qərarlara ECAC-ın təsirinin artırılması imkanları müzakirə edilmişdir.

Həmçinin tədbirdən sonra DMAA-nın direktoru və Türkiyə Respublikası mülki aviasiyasının baş direktoru, Avropa Komissiyasının nəqliyyat üzrə vitse-prezidentinin kabinet rəhbəri, Avropanın Birləşmiş Aviasiya Administrasiyaları Qurumu (JAA) Tədris Mərkəzinin rəhbəri, Gürcüstan Mülki Aviasiya Agentliyinin direktoru ilə ikitərəfli görüşlər keçirilmişdir.

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 6.