Azərbaycan
mötəbər beynəlxalq qurumların fəal
iştirakçısıdır
Ölkəmiz
nüfuzlu beynəlxalq təşkilatlarla,
o cümlədən 120-yə yaxın
dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli
əməkdaşlıq edir və uzun müddətdir təşkilatın rəhbər
orqanlarında təmsil olunmaqla, xüsusi fəallığı ilə fərqlənir.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, cari
il sentyabrın 8-dən 12-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BPA-nın 18-ci illik konfransı, ümumi
yığıncağı, habelə qurumun
rəhbər orqanları olan İcraiyyə
Komitəsinin və Senatın iclasları keçirilmişdir.
Tədbirlərdə
ölkəmizi assosiasiyanın senatoru, ədliyyə
naziri Fikrət Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil
etmişdir. Nümayəndə heyətinin
tərkibinə həmçinin Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşları daxil edilmişlər.
Senatın
iclasında iştirak edən nazir BPA-nın fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafı, mühüm və
mürəkkəb məsələlərin həllində
Senatın rolu, yeni
perspektivlər və s. məsələlər
üzrə çıxış edərək konkret
təkliflər vermiş və bu
təkliflər qəbul edilmişdir. Eyni zamanda, assosiasiyanın
fəxri üzvü olan
Azərbaycanın ədliyyə nazirinin
İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə
dair müraciəti dinlənilmiş və
irəli sürülmüş təşəbbüs
yekdilliklə bəyənilmişdir. Azərbaycanın
BPA-nın inkişafına verdiyi töhfələr
yüksək qiymətləndirilmişdir.
İllik
konfransın təntənəli açılış mərasimində
Rusiyanın baş prokuroru
Yuri Çayka və
assosiasiyanın prezidenti Ceyms
Hamilton giriş nitqləri
ilə çıxış etmiş, həmçinin
Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin
müraciəti səsləndirilmiş, BMT-nin
Baş katibinin müavini, Vyana ofisinin rəhbəri Yuri Fedotovun məruzəsi dinlənilmişdir.
Dünyanın
100-ə qədər dövlətindən 850-dək nümayəndənin,
o cümlədən prokurorluq,
məhkəmə, ədliyyə və digər
hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin
iştirak etdikləri konfransda
qanunun aliliyi, beynəlxalq
əməkdaşlıq, korrupsiyaya
qarşı mübarizə, ədalətli məhkəmə hüququnun təmin edilməsi,
hüquqşünasların treninqi və
digər aktual məsələlər
müzakirə edilmişdir.
Tədbirdə
assosiasiyanın İcraiyyə Komitəsinin üzvü,
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Cinayət təqibi və korrupsiya ilə mübarizə" mövzusunda çıxış etmiş, ölkəmizdə qəti siyasi iradə ilə korrupsiyaya
qarşı aparılan sərt mübarizə tədbirlərini,
əldə olunmuş nailiyyətləri, o cümlədən Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzlərinin
korrupsiyanın qarşısının alınmasında önəmli
rolunu vurğulamışdır. Nümayəndə
heyətimizin üzvləri müxtəlif mövzular
üzrə keçirilmiş müzakirələrdə
fəal iştirak etmişlər.
Təşkilati
məsələlərə həsr olunmuş
ümumi yığıncaqda isə
assosiasiyanın səlahiyyət müddəti bitmiş
prezidentinin və İcraiyyə Komitəsi
üzvlərinin yerinə seçkilər keçirilmişdir.
Avstriyanın Prokurorlar
Assosiasiyasının sədri Q.Yaroş
BPA-nın yeni prezidenti
seçilmişdir. Kamran
Əliyevin isə növbəti dəfə İcraiyyə
Komitəsinin üzvü seçilməsi
ilə ölkəmiz bu rəhbər qurumda yenidən təmsil olunmuşdur.
Konfrans çərçivəsində
Rusiyanın baş prokuroru
ilə səmimi görüş keçirilmişdir. Görüşdə
qarşılıqlı fəaliyyət məsələləri
müzakirə olunmuş, ölkəmizin
assosiasiyanın inkişafına verdiyi dəstək
yüksək qiymətləndirilmişdir.
Həmçinin
bir sıra digər dövlətlərin
hüquq-mühafizə orqanlarının rəhbərləri,
beynəlxalq təşkilatların məsul nümayəndələri
ilə əməkdaşlığa dair
danışıqlar aparılmışdır.
Qeyd
olunmalıdır ki, Azərbaycan
Respublikasının beynəlxalq aləmdə nüfuzunun
artması dövlətimizin güclü siyasi iradəsi ilə həyata keçirilən
uğurlu və məqsədyönlü
siyasətin və hərtərəfli islahatların bariz nümunəsidir.
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.