Azərbaycan ilə
Monteneqro arasındakı əlaqələr
yüksək səviyyədədir
Azərbaycan
Respublikası Baş nazirinin
müavini Elçin
Əfəndiyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Monteneqroya səfəri
çərçivəsində bu ölkənin
Prezidenti Filip
Vuyanoviçlə görüşmüşdür.
AzərTAc xəbər
verir ki, Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham
Əliyevin salamlarını Monteneqro
dövlətinin başçısı Filip
Vuyanoviçə çatdırmışdır. Baş nazirin müavini Azərbaycan ilə Monteneqro
arasındakı əlaqələrin yüksək səviyyədə
olduğunu qeyd etmişdir.
Filip Vuyanoviç
öz növbəsində Prezident
İlham Əliyevə salamlarına
görə minnətdarlığını bildirmiş,
onun da
salamlarını və ən xoş
arzularını dövlət başçısına
çatdırmağı xahiş etmişdir. O özünün
Azərbaycana, Prezident İlham
Əliyevin isə Monteneqroya səfərinin
ölkələrimiz arasında əlaqələrin dərinləşməsində
mühüm rol
oynadığını vurğulamışdır.
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.