Vaşinqtonda Azərbaycan
Araşdırmaları Mərkəzi
yaradılmışdır
Vaşinqtondakı
Corctaun Universitetinin Azərbaycan
Araşdırmaları Mərkəzində ilk
tədbir keçirilmişdir. Burada ilk məruzəçi
Azərbaycan Diplomatik Akademiyasının Energetika və Ətraf Mühit
üzrə Araşdırmalar Mərkəzinin rəhbəri Elnur Soltanov olmuşdur. E.Soltanov Azərbaycanın
uğurları və ölkənin xarici
siyasətinin prioritetləri barədə söhbət etmişdir.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti
(ARDNŞ) tərəfindən maliyyələşdirilən bu mərkəz Azərbaycanı öyrənən
amerikalı tədqiqatçılar və alimlər üçün hər cür
şərait yaradacaqdır. Azərbaycan
Araşdırmaları Mərkəzinə doktor
Brend Şaffer rəhbərlik
edir.
Yusif
BABANLI,
AzərTAc-ın
xüsusi müxbiri
Vaşinqton
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.