Şeyxülislam Hacı Allahşükür
Paşazadə bir qrup
ziyalı ilə birlikdə «İmamzadə» kompleksində olmuşdur
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam
Hacı Allahşükür Paşazadə
respublika Ağsaqqallar
Şurasının sədri Fəttah Heydərov, millət vəkili
Ziyad Səmədzadə və bir qrup ziyalı ilə Gəncədəki
"İmamzadə" ziyarətgahında olmuş,
burada aparılan abadlıq və yenidənqurma
işləri
ilə maraqlanmışdır.
Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə yenidən qurulan ziyarətgahda artıq son
tamamlama işləri görülür.
Burada kişilər və qadınlar üçün xüsusi
ibadət zalları, ikimərtəbəli mehmanxana
və dini ayinlərin icrası üçün hər cür
şərait yaradılmışdır. Görülən
işlərdən razı qalan Hacı Allahşükür Paşazadə və
ziyalılar milli-mənəvi dəyərlərimizə
hörmətlə yanaşdığına görə
dövlət başçısına minnətdarlıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.