Azərbaycan ilə
Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin
inkişafında milli informasiya
agentliklərinin rolu müzakirə edilmişdir
Azərbaycan
Respublikası ilə Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) arasında əlaqələrin
inkişafında hər iki ölkənin milli informasiya agentliklərinin
mühüm rolu
vardır.
Bu fikri
BƏƏ-nin Azərbaycandakı səfiri Salim
Xəlifə Məhəmməd əl-Ğıfli
sentyabrın 12-də Azərbaycan Dövlət Teleqraf
Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.
Azərbaycan
ilə BƏƏ arasında əlaqələrin
inkişafında milli informasiya
agentliklərinin rolunun müzakirə olunduğu görüşdə səfirə
AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik
illərində qazandığı uğurlar,
dövlət siyasətinin informasiya təminatında
agentliyin mövqeyi barədə
ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, AzərTAc
BƏƏ-nin WAM İnformasiya Agentliyi ilə sıx əlaqə qurmuşdur. Hər iki informasiya qurumu Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri
(OANA) və Beynəlxalq İslam Ölkələri
Xəbər Agentlikləri təşkilatlarının üzvü kimi yaxından
əməkdaşlıq edir.
WAM
və AzərTAc-ın informasiya mübadiləsinə
dair müqavilə imzalamasının əhəmiyyətini
vurğulayan səfir Salim
Xəlifə Məhəmməd əl-Ğıfli bu sənədin ölkələrimiz
arasında informasiya sahəsində əlaqələrin
daha da möhkəmlənməsinə
xüsusi töhfə verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 11.