Naxçıvanda
Gəmiqaya muzeyi yaradılır
Ordubad rayonunda
dəniz səviyyəsindən 3 min 700 metr yüksəklikdəki Gəmiqaya qayaüstü rəsmlərinin yerləşdiyi
ərazidə Gəmiqaya muzeyi
yaradılır.
Milli memarlıq üslubunda inşa olunmuş muzey binasında
ekspozisiya zalı və muzey
əməkdaşları üçün
iş otaqları fəaliyyət göstərəcəkdir.
Artıq inşaat işləri başa çatmış və muzeyin qurulmasına
başlanılmışdır.
Yeni yaradılan
Gəmiqaya muzeyində son illər bu sahənin tədqiqi və öyrənilməsi
məqsədilə imzalanmış sərəncamlar, arxeoloji tədqiqatların nəticələri
və əldə edilmiş eksponatlar, fotosənədlər, Gəmiqaya
haqqında söylənmiş elmi fikirlər,
çap edilmiş monoqrafiyalar, kitablar sərgilənəcəkdir.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 11.