Naxçıvan
Dövlət Filarmoniyası Türkiyədə keçiriləcək
festivalda iştirak edəcəkdir
Naxçıvan
Dövlət Filarmoniyasının musiqi
kollektivlərinin qardaş Türkiyə
Respublikasında keçirilən müxtəlif festivallarda iştirakı artıq ənənəyə
çevrilmişdir. Musiqi
kollektivlərinin İzmir, Qars,
İqdır, Ərdəhan və başqa
bölgələrdə çıxışları rəğbətlə
qarşılanmışdır.
AzərTAc
xəbər verir ki,
sentyabrın 13-də Naxçıvan Dövlət
Filarmoniyası 15 nəfərdən ibarət heyətlə
növbəti dəfə Türkiyənin paytaxtı Ankarada keçiriləcək X Beynəlxalq Anadolu Musiqi və Sənət
Festivalında iştirak etmək üçün qardaş
ölkəyə yola düşəcəkdir. Festivalda filarmoniyanın musiqi
kollektivinin ifasında instrumental
musiqi, xalq mahnı və
rəqsləri, Azərbaycan bəstəkarlarının
mahnıları ifa olunacaqdır.
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 11.