ABŞ-ın Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşmüşdür

 

Sentyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahov ilə görüşmüşdür.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, səfir seçkilərin hazırkı mərhələsində görülən işlər və planlaşdırılan layihələrlə maraqlanmışdır.

Namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən MSK-nın sədri sentyabrın 16-dan  seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, qeydə alınmış namizədlərin seçki qanunvericiliyinə uyğun təşviqat aparmaları üçün bütün lazımi şərait yaradılmışdır.

Sədr qarşıdan gələn seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün atılmış addımlardan söz açmış, qonağı maraqlandıran digər sualları cavablandırmışdır.

R.Morninqstar səmimi görüş və ətraflı məlumat üçün təşəkkürünü bildirmişdir. Görüşdə seçkilərlə bağlı əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılmışdır.

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 11.