Ədalət
Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlyas
Abbas oğlu
İsmayılovun 2013-cü il oktyabrın
9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹ 26/149
2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Ədalət Partiyası
tərəfindən irəli sürülmüş
İlyas Abbas oğlu İsmayılovun namizədliyi Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 avqust 2013-cü il tarixli 18/109 saylı qərarı
ilə təsdiq
edilmişdir.
Namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 8-də partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və
182-ci maddələrinə əsasən qərara alır:
1. Ədalət
Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş
İlyas Abbas oğlu İsmayılov 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizəd kimi qeydə
alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12.09.2013
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 10.