Astara rayonunun
Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On iki min nəfər əhalinin
yaşadığı 21 yaşayış məntəqəsini
birləşdirən Deqadi-Pəlikəş avtomobil
yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə
ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 12 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 2.