Prezident İlham Əliyev Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  İrfan Siddiqin etimadnaməsini qəbul etmişdir.

Səfir İrfan Siddiq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

İrfan Siddiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə sürətlə inkişaf etdiyini dedi. Londona səfərlərini və baş nazir Devid Kemeron ilə ötənilki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev Avropa İttifaqında Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olmasının önəmini qeyd etdi. Böyük Britaniyanın ölkəmizə sərmayə qoyan əsas investorlarından biri olduğunu vurğulayan dövlət başçısı Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu  fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  İrfan Siddiq sürətlə inkişaf edən ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğuladı. İrfan Siddiq ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S.  3.