Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən bildirmişlər ki,
iclasda Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və
"Konstitusiya Məhkəməsi haqqında"
qanunun 7.1-ci maddəsinə əsasən, Svetlana Mahmudovanın məhkəmə
aktlarından verdiyi şikayətə
baxılaraq icraata qəbul edilməsi haqqında qərardad
çıxarılmışdır. Şikayətə mahiyyəti
üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
sentyabrın 27-nə təyin edilmiş
iclasında baxılacaqdır.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 3.