Təhsil Nazirliyində
xarici ölkələrin ali
təhsil müəssisələrində dövlət
proqramı çərçivəsində təhsil alacaq tələbələrlə görüş keçirilmişdir
Təhsil
naziri Mikayıl Cabbarov
2013-2014-cü tədris ilində xarici
ölkələrin ali təhsil müəssisələrində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
təhsil almaq üçün
Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində
müsbət qərar verilmiş növbəti
bir qrup tələbə
ilə görüşmüşdür.
Təhsil
Nazirliyindən bildirmişlər ki,
görüşdə M.Cabbarov ümummilli lider Heydər
Əliyevin təhsilə daim böyük önəm verdiyini,
ulu öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham
Əliyev tərəfindən uğurla həyata
keçirildiyini
vurğulamışdır. Ölkəmizdə təhsilin
inkişafına xüsusi diqqət göstərildiyini
qeyd edən nazir tələbələri
təbrik edərək onlara uğurlar arzulamışdır.
Tələbələrə
təhsil alacaqları ölkə və ali
məktəblər barədə
məlumatlar verilmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 3.