Prezident seçkilərində
seçkiqabağı təşviqata dair
ümumi tələblər
Azərbaycan
Respublikası Prezidentinin seçkiləri
Konstitusiyaya və Seçki
Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki
Komissiyasının qərarı ilə elan
edilir. Xatırladaq ki,
Azərbaycan Respublikası Prezidentinin
seçkiləri Mərkəzi Seçki
Komissiyasının 02 avqust 2013-cü il tarixli qərari ilə
2013-cü ilin 9 oktyabr
tarixinə təyin edilmişdir. Həmin iclasda seçkilərin hazırlanıb
keçirilməsi üçün əsas
hərəkət və tədbirlər, onların
ardıcıllığı və həyata keçirilməsi
müddətləri üzrə Təqvim Planı da təsdiq edilmişdir.
Seçki Məcəlləsinin tələblərinə
və Təqvim Planına uyğun olaraq bir sıra işlər
görülmüşdür. Sentyabrın
16-dan etibarən isə seçki
kampaniyasında əsas mərhələlərdən biri olan
seçkiqabağı təşviqat mərhələsi
başlayır.
Seçkiqabağı
təşviqatın müddəti, subyektləri və təşviqatın
aparılması ilə bağlı məhdudiyyətlər
Seçkiqabağı
təşviqat səsvermə
gününə 23 gün
qalmış başlayır
və səsvermənin
başlamasına 24 saat
qalmış dayandırılır,
yəni səsvermə
günü və ondan əvvəlki gün saat 8.00-dan baslayaraq hər hansı seçkiqabağı
təşviqat aparmaq qadağandır.
Dövlət Azərbaycan Respublikasının
Konstitusiyasına və
Seçki Məcəlləsinə
uyğun olaraq vətəndaşlar, siyasi
partiyalar tərəfindən
azad seçkiqabağı
təşviqatın aparılması
üçün şərait
yaradılmasını təmin
edir, habelə qeydə alınmış
namizədin, namizədi
qeydə alınmış
siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı
təşviqat aparması
üçün kütləvi
informasiya vasitələrindən
bərabər istifadə
şərtlərini müəyyənləşdirir.
Vətəndaşların, siyasi partiyaların,
siyasi partiyalar bloklarının qanunun yol verdiyi formalarda
və üsullarla seçiciləri seçkilərdə
iştirak etməyə
və ya etməməyə, qeydə
alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə
səs verməyə çağırışlar formasında
seçkiqabağı təşviqat
aparmaq hüququ vardır.
Seçkiqabağı təşviqat Prezident seçkilərində
iştirak etmək üçün qeydə alınmış namizədlər,
namizədləri qeydə
alınmış siyasi
partiyalar, siyasi partiyalar blokları və bu subyektlərin
adından onların səlahiyyətli nümayəndələri,
vəkil edilmiş şəxsləri (onlara verilmiş səlahiyyətləri
daxilində) tərəfindən
aparıla bilər.
Xarici dövlətlər,
xarici hüquqi şəxslər, xarici vətəndaşlar, vətəndaşlığı
olmayan şəxslər,
18 yaşına çatmamış
vətəndaşlar, beynəlxalq
təşkilatlar və
beynəlxalq ictimai hərəkatlar, dövlət
hakimiyyəti orqanları
və bələdiyyə
qurumları, dövlət
və bələdiyyə
qulluqçuları, hərbi
qulluqçular, xeyriyyə
təşkilatları, dini
birliklər, dini idarə və təşkilatlar, seçki
komissiyaları, seçki
komissiyalarının həlledici
səs hüquqlu üzvləri və digər vəzifəli şəxsləri tərəfindən
seçkiqabağı təşviqatın
aparılması, seçkiqabağı
hər hansı təşviqat materiallarının
yayılması qanunla
qadağan edilir.
Xarici dövlətlərin,
xarici hüquqi şəxslərin,
xarici vətəndaşların, vətəndaşlığı
olmayan şəxslərin, dövlətin
və bələdiyyənin seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərc edildiyi
günə olan vəziyyətə görə
Azərbaycan Respublikasının
hüquqi şəxslərinin nizamnamə
kapitalında iştirak (mülkiyyət)
payı 30 faizdən çox olarsa, həmin hüquqi
şəxslər tərəfindən də hər hansı bir seçkiqabağı təşviqatın
aparılması yolverilməzdir.
Seçkiqabağı təşviqatın aparılma üsulları
Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlərin
keçirilməsi yolu
ilə, çap olunmuş audiovizual və digər təşviqat materiallarının
buraxılması və
yayılması yolu ilə və qanunla qadağan edilməyən digər üsullarla aparılır.
Qeydə alınmış namizəd, siyasi partiya və siyasi partiyalar bloku seçkiqabağı
təşviqatın forma və
üsullarını müstəqil
müəyyənləşdirir.
Kütləvi
informasiya vasitələri ilə
seçkiqabağı təşviqat açıq müzakirələr,
"dəyirmi masa"lar,
mətbuat konfransları, müsahibələr,
çıxışlar, siyasi reklamlar, tele və
videoverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən
digər formalarda həyata keçirilir.
Mülkiyyət
növünə və yayım imkanlarına görə Azərbaycan
Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına
yayımlanan ictimai teleradio
verilişləri təşkilatlarının, təsisçiləri
fiziki və hüquqi
şəxslər olan və xüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatlarının,
təsisçiləri dövlət orqanları, təşkilatları,
idarələri olan və ya
dövlət büdcəsindən maliyyələşən,
Azərbaycan Respublikası ərazisinin yarısına,
yarısından çoxuna, yaxud azına yayımlanan və həftədə
azı bir dəfə çıxan
dövlət dövri mətbuat nəşrlərinin
və təsisçiləri ayrı-ayrı fiziki
və ya hüquqi
şəxslər olan özəl dövri nəşrlərin
seçkiqabağı təşviqat prosesində
iştirakı nəzərdə tutulur.
İctimai teleradio təşkilatları tərəfindən
seçkiqabağı təşviqat üçün
ayrılan efir vaxtı və dövlət
dövri mətbuat nəşrləri tərəfindən
seçkiqabağı təşviqata dərc üçün
ayrılan yer ödənişsiz və
ödənişli əsaslarla, özəl teleradio
təşkilatları və özəl dövri nəşrlər tərəfindən
isə yalnız ödənişli əsaslarla həyata keçirilir.
Seçkiqabağı
təşviqat müddəti başlanandan
sonra bir həftə
müddətində qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları arasında
onların verdikləri ərizələr əsasında ictimai teleradio verilişləri
təşkilatlarında ayrılmış pulsuz
efir vaxtının bölgüsü
məqsədilə
Mərkəzi Seçki Komissiyası tərəfindən,
dövlət dövri mətbuat nəşrləri
tərəfindən ayrılmış pulsuz
dərc yerinin bölgüsü
məqsədilə müvafiq dövri nəşr tərəfindən püşkatma keçirilir.
Püşkatmanın
keçirilməsində müvafiq seçki komissiyasının üzvləri,
namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli
nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə
müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları,
KİV nümayəndələri və beynəlxalq
müşahidəçilər iştirak
edə bilərlər.
İctimai teleradio
verilişləri təşkilatlarının
seçkiqabağı təşviqat üçün
ayırdıqları ödənişsiz efir
vaxtının ümumi həcmi həftədə
3 saatdan az
olmamalıdır.
Təsisçiləri
dövlət orqanları, idarələri, təşkilatları
olan və ya dövlət
büdcəsindən maliyyələşən, Azərbaycan
Respublikasının ərazisinin yarısına, yaxud yarısından çoxuna
yayımlanan dövri nəşrlərdən
hər birində pulsuz ayrılan nəşr
səhifələrinin
həcmi seçkiqabağı təşviqat dövrünədək
həftəlik nəşr səhifələrinin ümümi həcminin azı 10 faizini təşkil etməlidir.
Ödənişsiz
əsaslarla teleradio verilişləri təşkilatlarında
efir vaxtından, habelə dövri
nəşrlərdə dərc üçün
ayrılmış yerdən namizəd, siyasi
partiyalar, siyasi
partiyaların bloku tərəfindən
efirəçıxma və ya dərcetmə
vaxtınadək imtina edilərsə,
istifadə edilməmiş efir vaxtından
və dərc
yerindən seçkiqabağı təşviqat da daxil olmaqla
digər məqsədlər üçün
istifadə edilə bilməz. Bu zaman ayrılmış, lakin
istifadə edilməmiş efir vaxtı həmin
müddət ərzində, dərc yeri isə
həmin həcmdə boş
saxlanılmalı, orada istifadə edilməmənin
səbəbləri göstərilməlidir.
İctimai teleradio verilişləri təşkilatları
və dövri nəşrlər təşviqat
aparmaq məqsədilə qeydə
alınmış namizədlərə, namizədləri qeydə
alınmiş siyasi partiyalara,
siyasi partiyaların bloklarına müqavilə
əsasında pullu efir
vaxtı və dövri nəşrlərin
redaksiyaları öz səhifələrində
ödənişli
əsaslarla yer ayırmalıdırlar. Bu zaman ayrılan pullu efir vaxtının ümumi
həcmi ayrılan pulsuz efir
vaxtının ümumi həcmindən az və həmin həcmdən iki
dəfədən artıq ola bilməz, nəşr
səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi isə
ayrılan pulsuz nəşr səhifələrinin
həcmindən az olmamalıdır.
Teleradio təşkilatlarında
və dövri nəşrlərdə
ödənişli əsaslarla aparılan təşviqatın
vaxtı seçkiqabağı təşviqat subyektləri
arasında onların verdikləri bildiriş
əsasında teleradio təşkilatları
və dövri nəşrlərin
redaksiyaları tərəfindən keçirilən püşkatma nəticəsində müəyyənləşdirilir.
Seçkiqabağı
təşviqat materiallarının efirə verilmə və ya dərc olunma şərtləri
bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün
eyni olmalıdır.
Püşkatma
keçirildikdən sonra efir
vaxtı və dövri nəşrlərdə
dərc üçün yer
bağlanmış müqavilə əsasında təqdim
edilir.Müqavilədə seçkiqabağı təşviqatın
forması, efirəçıxma vaxtı və tarixi, dərcetmə tarixi,
verilən efir vaxtının müddəti,
dərc üçün ayrılan yerin həcmi,
ödənişin qaydası və həcmi, aparıcı jurnalistin teleradio
verilişləri prosesində iştirak
forması və şərtləri nəzərdə
tutulmalıdır.
Efir
vaxtının haqqı və dövri nəşr
səhifələrində ayrılmış yerin
dəyəri yalnız namizədlərin xüsusi
seçki fondu və ya siyasi partiyaların, siyasi partiyalar
bloklarının vahid seçki
fondu vəsaitləri hesabına ödənilməlidir.
Püşkatma
keçirildikdən sonra
ayrılmış efir vaxtından və dövri nəşrlərin səhifələrindəki
yerdən imtina edilərsə, bu barədə efirə çıxmağa 2 gün qalmış müvafiq
teleradio təşkilatına, dərcetmə
gününə isə azı 5 gün
qalmış müvafiq dövri
nəşrin
redaksiyasına məlumat verilməllidir.Teleradio təşkilatları
və dövri nəşrlərin
redaksiyaları sərbəstləşdirilmiş efir vaxtından və yerdən
seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər.
Bu qurumlar
seçkiqabağı təşviqat istisna
olmaqla, həmin sərbəstləşdirilmiş
imkanlardan öz
mülahizələri üzrə istifadə edirlər.
Kütləvi informasiya vasitələrində
seçkiqabağı təşviqat aparılarkən təşviqat
materiallarının verilməsini malların, xidmətlərin
reklamları ilə və ya digər teleradio proqlamlarının verilməsi ilə
dayandırmaq qadağındır.
Kütləvi
tədbirlər yolu ilə
seşkiqabağı təşviqat yığıncaqlar, vətəndaşlarla
görüşlər, kütləvi müzakirələr,
söhbətlər və s.formalarda
aparılır.
Dövlət
orqanları, bələdiyyə qurumları qeydə
alınmış namizədə, siyasi partiyalara, siyasi partiyalar bloklarına vətəndaşlarla
görüşlər, açıq müzakirələr təşkil
edilməsində və keçirilməsində kömək
etməlidirlər.
Dövlət
və ya bələdiyyə mülkiyyətində
olan, seçkiqabağı tədbirlərin
keçirilməsi üçün
yararlı yer (bina, otaq) seçki
komissiyalarının sifarişi ilə
seçkiqabağı təşviqat subyektlərinin seçki komissiyaları ilə
razılaşdırdıqları vaxtda
seçicilərlə görüşlər üçün
istifadəyə mülkiyyətçilər
tərəfindən pulsuz verilir.
Göstərilən yer qeydə
alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyalar blokuna seçkiqabağı təşviqatın
aparılması üçün
verilmişsə, mülkiyyətçi digər namizədə,
siyasi partiyaya, siyasi partiyalar blokuna eyni istifadə şərtləri
ilə həmin yeri verməkdən imtina edə bilməz.
Seçicilərlə
görüşlər, yığıncaqlar, digər
seçkiqabağı kütləvi tədbirlər
keçirmək üçün qeydə
alınmış namizədlər, siyasi partiyalar, siyasi
partiyaların blokları mülkiyyət formasından
asılı olmayaraq, vətəndaşlara
və təşkilatlara məxsus bina və
otaqları müqavilə əsasında icarəyə götürmək
hüququna malikdirlər.
Dövlətin
müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət
obyektləri sayılan bina və
avadanlıq təşviqat məqsədləri üçün
istifadə edilə bilməz.
Seçki
komissiyaları qeydə alınmış namizədlərə,
siyasi partiyalara, siyasi partiyaların bloklarına
seçkiqabağı kütləvi tədbirlər
keçirmək üçün bərabər
şərait yaradırlar, müvafiq icra hakimiyyəti orqanları isə həmin
kütləvi tədbirlərin keçirilməsində təklükəsizliyi
və ictimai asayişi qanunvericiliyə uyğun olaraq təmin
edirlər.
Çap, audiovizual
və digər seçkiqabağı təşviqat
materialları buraxmaq (qanunla
müəyyənləşdirilmiş qaydada)
hüququndan istifadə etməklə də
qeydə alınmış namizədlər, siyasi
partiyalar, siyasi
partiyaların blokları seçkiqabağı təşviqat
apara bilərlər.
Seçkiqabağı
çap və audiovizual
təşviqat materiallarında bu
materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların
adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.
Qeydə
alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları çap
olunan seçkiqabağı təşviqat
materialları haqqında tam məlumatları
və ya onların surətlərini, habelə
bu materialları sifariş
edən və hazırlayan təşkilatların
ünvanları barədə məlumatları müvafiq
seçki komissiyasına təqdim etməlidirlər.
Dairə
seçki komissiyalarının təklifi
ilə yerli icra
hakimiyyəti orqanları və bələdiyyə qurumları
səsvermə gününə azı 30 gün
qalmış hər bir seçki
məntəqəsinin ərazisində təşviqat
materiallarının lövhələrdə yerləşdirilməsi
üçün yer
müəyyənləşdirməlidirlər. Həmin yerlər elə
olmalıdır ki, seçicilərin gəlməsi
üçün əlverişli olsun və orada yerləşdirilən
məlumatları oxumaq mümkün
olsun.
Səsvermə
üçün ayrılmış otaqlarda və ya onların
girişində, dövlətin müvafiq
reyestrinə daxil edilmiş
tarix və mədəniyyət abidələri
sayılan binalarda, qurğularda
və otaqlarda seçkiqabağı təşviqat
materialları yerləşdirilə bilməz.
Seçkiqabağı
təşviqat zamanı sui-istifadə hallarına yol verilməməlidir
Seçkiqabağı
təşviqat zamanı
təşviqat aparmaq hüququna malik olan subyektlər tərəfindən təşkilati
işlərin yerinə
yetirilməsi məqsədi
istisna olmaqla, seçicilərə pul vəsaiti, maddi sərvət, qiymətli kağızlar, hədiyyələr
vermək və onları qeyri-qanuni hərəkətlər yolu
ilə öz tərəfinə çəkmək,
dövlət və bələdiyyə mülkiyyətində
olan nəqliyyat vasitələrindən pulsuz
istifadə etmək, dövlət orqanlarının
və bələdiyyə
qurumlarının fəaliyyətini
təmin edən rabitə və informasiya vasitələrindən
istifadə etmək, xeyriyyə fəaliyyəti
ilə məşğul
olmaq, seçicilərə
mükafat və bəxşiş təklif
etmək, onları cəza ilə hədələmək, təzyiq
göstərmək və
digər qanunazidd üsullarla səsverməyə
və ya səsvermədən çəkinməyə
sövq etmək, digər namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının təşviqat
kampaniyalarına müdaxilə
etmək və pozmaq, onların seçkiqabağı təşviqat
materiallarının yayılmasına
mane olmaq, təşviqat
plakatlarını və
digər təşviqat
materiallarını məhv
etmək və korlamaq yolverilməzdir.
Hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə və
dövlətin ərazi
bütövlüyünün pozulmasına çağırışlar,
vətəndaşların şərəf
və ləyaqətini
təhqir edən mülahizələr, sosial,
irqi, milli, dini nifrət və düşmənçilik
yaradan, əqli mülikyyət haqqında
qanunvericiliyi pozan təşviqatın aparılması
qadağandır.
"Reklam haqqında" qanunun tələblərinə uyğun
olaraq teleradio verilişləri təşkilatlarında
seçkiqabağı təşviqat
materiallarının yayımlanması
zamanı ayrı-ayrı
fiziki şəxslərin,
kommersiya və ya qeyri-kommersiya təşkilatlarının sahibkarlıq
fəaliyyəti nəticəsində
istehsal olunmuş əmtəələrin markalarının
(modellərinin, artikullarının),
kommersiya təşkilatlarının
və sahibkarlıqla məşğul olan fiziki şəxslərin adlarının göstərilməsi
yolverilməzdir.
Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış
teleradio verilişləri
təşkilatları və
dövri nəşrlər,
eləcə də seçkiqabağı təşviqatın
digər subyekləri müqavilə ilə öz üzərlərinə
götürdükləri öhdəlikləri
yerinə yetirməyə
borcludurlar.
Efir vaxtından və dövri nəşrlərdən istifadə
zamanı təşviqat
prosesinin subyektləri
müqavilədə müəyyənləşdirilmiş
şərtləri pozduqda
teleradio verilişləri
təşkilatları efir
vaxtının verilməsi
və dövri nəşrlər isə dərc üçün yerin ayrılması haqqında müqavilənin
ləğvi barədə
məhkəməyə müraciət
edə bilərlər.
Seçki Məcəlləsi
ilə seçkiqabağı təşviqat üçün
müəyyən edilmiş qaydalara teleradio verilişləri
təşkilatları və dövri nəşrlərin
redaksiyalrı tərəfindən riayət edilməsinə nəzarəti
Mərkəzi Seçki
Komissiyasının nəzdində yaradılmış və əsasən
jurnalistlərdən ibarət
olan mətbuat qrupu həyata
keçirir.
Almaz
QƏHRAMANLI,
Mərkəzi
Seçki Komissiyasının üzvü
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 5.