Azərbaycan Prezidenti İlham Əliyev
Bakının Xəzər rayonundakı 234, 125 və 121
nömrəli orta məktəblərin
binalarının əsaslı təmir və yenidənqurmadan
sonrakı vəziyyəti ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 14-də
Bakının Xəzər rayonundakı 234, 125 və 121
nömrəli orta məktəblərin
binalarının əsaslı təmir və yenidənqurmadan
sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı
təmir və yenidənqurma işləri davam
etdirilir.
Prezident İlham
Əliyev və xanımı Mehriban
Əliyeva əvvəlcə 234 nömrəli orta
məktəbin binasında aparılan əsaslı təmir və
yenidənqurma işləri ilə tanış oldular.
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 234 nömrəli orta məktəb
1980-ci ildə inşa olunmuşdur.
1176 yerlik məktəbdə
850 şagird təhsil alır. Məktəbin
bütün sinif
otaqları, fənn kabinetləri, yeməkxanası,
kitabxanası, akt və idman
zalları təmir edilmiş, təhsil
ocağında əsaslı yenidənqurma işləri
aparılmış, yüksək standartlara
uyğun şərait yaradılmışdır.
Tədris müəssisəsində kompyuter
sinifləri fəaliyyət göstərəcəkdir. Məktəbin
işıqlandırma və istilik sistemi də yenidən qurulmuşdur.
Ərazidə abadlıq və
yaşıllaşdırma işləri görülmüşdür.
Sonra Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva 125
nömrəli orta məktəbə
gəldilər. Burada da
görülən işlərlə bağlı dövlət
başçısına məlumat verildi.
Qeyd edildi ki, məktəb 1939-cu ildə inşa
olunmuşdur. 2011-ci ildə dövlət
başçısı bu məktəbdə
olarkən yeni binanın inşa
edilməsi barədə yerindəcə göstərişlər
vermişdir. Prezident İlham Əliyevin tapşırıqlarına
uyğun olaraq məktəbin
yeni binası yüksək standartlara
uyğun şəkildə inşa
olunmuşdur. 760 yerlik
yeni məktəbdə hazırda 560 şagird təhsil alır. Məktəbin akt və idman zalları
yüksək tələblər səviyyəsindədir. Bu məktəbdə də müasir
kompyuter sinifləri
yaradılmışdır. Təhsil müəssisəsi ən
müasir avadanlıqla,
işıqlandırma və istilik sistemləri
ilə təchiz edilmiş, ətraf ərazilərdə
abadlıq işləri aparılmışdır.
Daha sonra Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva Binə
qəsəbəsindəki 121 nömrəli orta
məktəbdə yaradılan şəraitlə tanış oldular. Burada görülən
əsaslı təmir və yenidənqurma işləri ilə
bağlı məlumat verildi. Bildirildi ki, 1934-cü ildə
inşa olunan məktəbdə
2006-2007-ci illərdə əlavə korpus
inşa edilmişdir.
Məktəbin köhnə korpusu
yararsız vəziyyətdə olduğuna
görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun 400 şagird yerlik yeni korpus
inşa olunmuşdur.
Məktəbin bütün sinif otaqları ən müasir
tələblər səviyyəsindədir. 1040 yerlik məktəbdə hazırda 870 şagird təhsil alır.
Dövlət
başçısı və xanımı yaradılan şəraitlə
yaxından tanış oldular. Yeni korpusda yüksək səviyyədə
iclas və idman
zalları qurulmuş, müasir
işıqlandırma və istilik sistemləri
yaradılmışdır. Məktəbin ətrafı
abadlaşdırılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 1.