Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Enrike Penya Nietoya

 

Hörmətli cənab Prezident,

 

Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 1.