Elmi dərəcələrə
görə vəzifə maaşlarına əlavələrin
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlarda elmi dərəcəsi olan işçilərin əməyini
stimullaşdırmaq və
onların sosial müdafiəsini gücləndirmək
məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən
təşkilatlarda bilavasitə ixtisası üzrə
çalışan "elmlər doktoru"
və "fəlsəfə doktoru" elmi dərəcəsi olan
işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki
dəfə artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 2.