Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda
vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına
əsasən, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir,
onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə kömək
edirlər.
AzərTAc xəbər
verir ki, növbəti
belə qəbul sentyabrın 14-də Ağdaş
şəhərində keçirilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi, general-leytenant Arzu
Rəhimov Göyçay, Ağdaş,
Yevlax, Ağsu, Ucar, Tərtər, Bərdə rayonlarından
və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edərək
onların şikayət və təkliflərini dinləmişdir.
Qəbulda
iştirak edən vətəndaşların
müraciətləri əsasən Xidmətə işə qəbul,
"Müharibə veteranı" adı və müvafiq vəsiqənin verilməsi,
övladlarının hərbi xidmət yerinin
dəyişdirilməsi, həqiqi hərbi xidmətdə
olanların xəstə uşaqlarının və ailə üzvlərinin
müalicəsinə, habelə sosial
yardımın alınmasına kömək göstərilməsi,
orta məktəblərin təlim
silahları ilə təmin edilməsi və digər məsələlərlə
bağlı olmuşdur.
Arzu Rəhimov vətəndaşları
diqqətlə dinləmiş, onları narahat
edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər vermişdir.
Eyni zamanda,
vətəndaşların Xidmətin fəaliyyət dairəsinə
aid olmayan məsələlərlə
əlaqədar, eləcə də şəxsi xarakterli
müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün
qeydiyyata alınmışdır.
Qəbulda vətəndaşları
narahat edən bəzi məsələlər
elə yerindəcə həllini tapmışdır.
Vətəndaşlar
onlar üçün
yaradılmış şəraitdən
razılıqlarını bildirmişlər.
Azərbaycan. - 2013.-15 sentyabr.- S. 6.