Lənkəran
şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
proqramlarının uğurla
həyata keçirilməsi
nəticəsində son illərdə
Lənkəran şəhərinin
sosial-iqtisadi inkişafı,
əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin
yerinə yetirilməsi
sahəsində bir sıra mühüm işlər görülmüşdür.
Ən müasir tələblərə cavab
verən Beynəlxalq Hava Limanı, Regional Müalicə Diaqnostika və Əlillərin Reabilitasiya Mərkəzləri,
Uşaq Sağlamlıq
Mərkəzi, turizm obyektləri, Gənclər
Mərkəzi istifadəyə
verilmiş, Mərkəzi
stadion, Regional Boks Mərkəzi, Lənkəran
Dövlət Dram Teatrının
binası, 305 çarpayılıq
rayon Mərkəzi xəstəxanası
əsaslı təmir
olunmuş, Lənkəran
şəhərinin su
təchizatı sistemi
yenidən qurulmuş,
iri sənaye müəssisələri yaradılmış,
31 mindən çox yeni iş yerləri
açılmış, avtomobil
yolları çəkilmiş,
genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür.
Lənkəran
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda şəhər üzrə müəyyən
olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Lənkəran şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Lənkəran Şəhər İcra
Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 1.