Lənkəran
şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Qırx yeddi min
nəfər əhalinin yaşadığı 15
yaşayış məntəqəsini birləşdirən
Vilvan-Zövlə-Boladı-Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Lənkəran
Şəhər İcra Hakimiyyətinə
2,6 milyon (iki milyon altı yüz min) manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 1.