Azərbaycan Prezidenti İlham Əliyev
Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının əsaslı
təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə
tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də
Bakının Xətai rayonundakı 249 və 138 nömrəli
orta məktəb binalarının əsaslı
təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə
tanış olmuşdur.
Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı
təmir və yenidənqurma işləri davam
etdirilir.
Prezident İlham
Əliyev əvvəlcə 249 nömrəli orta
məktəb binasının əsaslı təmir və yenidənqurmadan
sonrakı vəziyyəti ilə tanış oldu.
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı dövlət
başçısına məlumat verdi. Bildirildi ki, 1972-ci ildə inşa olunan məktəbin
binası iki korpusdan
ibarətdir. 1280 şagird yerlik
məktəbdə 1400 şagird təhsil
alır. Məktəbdə Azərbaycan bölməsi ilə
yanaşı, rus bölməsi də fəaliyyət
göstərir. Məktəb binasının sahəsi 2252 kvadratmetr, məktəbin ümumi
ərazisi isə 19 min 272 kvadratmetrdir.
Yeni dərs ili ərəfəsində
məktəbin binası əsaslı şəkildə təmir
edilmiş, sinif
otaqları, fənn kabinetləri yenidən qurularaq
müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində
də abadlıq və quruculuq işləri
həyata keçirilmişdir.
Sonra Prezident
İlham Əliyev 138 nömrəli məktəbə
gəldi. Bu məktəbdə
görülən işlərlə bağlı da dövlət başçısına məlumat
verildi. Bildirildi ki, iki korpusdan
ibarət 138 nömrəli orta məktəbin
binası 1977-ci ildə inşa olunmuşdur. 1176 şagird
yerlik məktəbdə 1020 şagird təhsil alır. Bundan
əlavə, binada Füzuli
rayonunun 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir.
5600 kvadratmetr
ərazisi olan məktəbin ümumi sahəsi 17 min 800
kvadratmetrdir.
Məktəbin
bütün sinif
otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma
işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Bu təhsil
ocağının ərazisində abadlıq və quruculuq işləri aparılmış,
yaşıllıqlar salınmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 2.