A.C.Məlikovun «Heydər Əliyev» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 1.