«Qara
dəniz - Xəzər dialoqu» ölkələrinin
kəşfiyyat xidmətləri rəhbərlərinin
Müşavirəsinin X iclasının
iştirakçılarına
Hörmətli
iclas iştirakçıları!
"Qara dəniz - Xəzər dialoqu"
ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin
Müşavirəsinin X iclasının keçirilməsi
münasibətilə sizi təbrik edir və işinizdə uğurlar
arzulayıram.
Dövlət
orqanları sırasında xüsusi yer tutan kəşfiyyat
xidmətləri milli maraqların
qorunmasını təmin etməklə dövlətin sabit və davamlı inkişafı üçün şərait yaradır.
Son iyirmi
ildə yeni müstəqil dövlətlərin
yaranması beynəlxalq münasibətlərə öz mühüm təsirini
göstərmişdir. "Qara Dəniz -
Xəzər dialoqu" ölkələrinin
region yaxınlığı,
qarşılaşdığı problemlərin və
çağırışların oxşarlığı bizim ümumi maraqlardan çıxış etməyimizi
gündəmə gətirir.
Terrorçuluq, separatizm,
silah və narkotiklərin qanunsuz
dövriyyəsi, insan alveri,
qanunsuz miqrasiya kimi cinayətlər dövlətlərin sülh şəraitində yaşamasına ciddi təhlükə yaradır. Ona görə
də xalqlarımızın ümumi
rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək
məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, transmilli mütəşəkkil cinayətkarlığa
qarşı mübarizənin səmərəli şəkildə
həyata keçirilməsi də zəruridir.
Azərbaycan
Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində
narkotiklərin və silahların qanunsuz
dövriyyəsi, habelə digər cinayətlərin vüsət
alması bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan, transmilli mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə ölkələrimizin xüsusi xidmət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsini şərtləndirir.
Əminəm
ki, ölkələrimizin kəşfiyyat
orqanları arasında əməkdaşlığın təşviqi
və dərinləşdirilməsi qlobal
və regional təhlükəsizliyə
qarşı təhdidlərə, müasir
dövrün
çağırışlarına qarşı mübarizənin
səmərəsini artıracaq, bu sahədə
qarşılıqlı razılaşdırılmış siyasətin
yürüdülməsinə imkan
yaradacaqdır.
Sizi bir daha sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik
naminə səylərimizi birləşdirməyə
çağırıram.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 12 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 1.