«Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli fərmanını "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli fərmanında (Azərbaycan Respublikasının QaGo Admin Homenunvericilik Toplusu, 2009, ¹ 3, maddə 161; 2011, ¹ 6, maddə 509) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

 

"3.5-1. "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması;".

 

2. 3.8-ci bəndin əvvəlinə "əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması," sözləri əlavə edilsin.

 

3. 7.2-ci bəndə "yaşayış yeri" sözlərindən sonra "və olduğu yer" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 1.