«Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat
haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli
fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq "Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli
493 nömrəli fərmanını "Yaşayış yeri və olduğu yer
üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli
493 nömrəli fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 89; 2009, ¹ 7, maddə
532) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bənddən
"və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin" sözləri
çıxarılsın.
2. 2.2-ci bəndə
"7-ci maddəsində" sözlərindən sonra ", 11-ci maddəsinin ikinci,
üçüncü hissələrində
və altıncı hissəsinin birinci
cümləsində" sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 2.