Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"ni "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹11, maddə 995) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

"7.5. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeriolduğu yer üzrə qeydiyyatı barədə məlumat";".

 

2. Aşağıdakı məzmunda 10.22-1-ci bənd əlavə edilsin:

 

"10.22-1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi;".

 

3. 11.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

"11.7. Mehmanxanalar, sanatoriyalar, istirahət evləri, pansionatlar, kempinqlər, turist bazaları, xəstəxanalar və ya digər belə ictimai yerlər tərəfindən:

 

11.7.0. bu yerlərdə qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;".    

 

4. 13.1.4-cü yarımbənd ləğv edilsin.

 

5. 13.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

"13.2.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında;".

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 2.