Dövlət Miqrasiya Xidmətində qanunsuz
miqrasiyanın qarşısının alınmasına həsr
olunmuş seminar keçirilmişdir
Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Regional Miqrasiya İdarəsində
"Qanunsuz miqrasiyanın
qarşısının alınması və ona
qarşı mübarizə" mövzusunda
seminar təşkil edilmişdir.
DMX-nin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
seminar Rumıniyanın Baş
İmmiqrasiya Müfəttişliyindən,
Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi
İdarəsindən və Latviyanın Vətəndaşlıq
və Miqrasiya Təşkilatından dəvət
olunmuş ekspertlərin iştirakı ilə
keçirilmişdir.
DMX-nin əməkdaşlarının,
Xarici İşlər Nazirliyinin,
Daxili İşlər Nazirliyinin
və Dövlət Sərhəd Xidməti nümayəndələrinin
də iştirak etdikləri seminarda qanunsuz
miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizədə Avropa İttifaqı ölkələrinin müvafiq sistemləri, həmçinin hüquqi
və institusional çərçivə,
bu sahədə qurumlararası əməkdaşlığın
aparılması istiqamətləri və təqdim edilən təkliflərin
Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü
təhlil olunmuşdur.
Seminar çərçivəsində
iştirakçılar ekspertlərin təqdimatları əsasında
qanunsuz miqrasiyanın
qarşısının alınması və ona
qarşı mübarizə sahəsində hər üç ölkənin sistemləri ilə
tanış olmuş, bu
sahədə qurumlararası əməkdaşlıq istiqamətlərini
öyrənmiş, geniş müzakirələr
və fikir mübadiləsi aparmışlar.
Sonda iştirakçılara
sertifikatlar təqdim olunmuşdur.
Tədbir Avropa İttifaqının
Avropa Qonşuluq və Tərəfdaşlıq
Aləti proqramı çərçivəsində maliyyələşən "Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidməti heyətinin professional inkişafına
dəstək" Tvinninq
layihəsi çərçivəsində
həyata keçirilmişdir.
Qeyd edək ki, 2013-2015-ci illəri əhatə edən bu layihədə DMX-nin əsas
tərəfdaşı Niderland Krallığı,
digər tərəfdaşları isə Latviya
və Rumıniya respublikalarıdır. Ümumilikdə layihə
çərçivəsində miqrasiya
sahəsindəki qanunvericilik, qanunsuz miqrasiyaya
qarşı mübarizə, DMX-nin əməkdaşlarının
professional inkişafı üçün
təlim-tədris
metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə
maarifləndirilməsi məqsədi ilə dörd
istiqamət üzrə tədbirlərin keçirilməsi
planlaşdırılır.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.