«The Economist»: Azərbaycanın
dünya birliyində yeri
Amerikada nəşr olunan "The
Economist" jurnalının 12 sentyabr nömrəsində
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovun "Azərbaycanın
dünya birliyində yeri" sərlövhəli
məqaləsi dərc
olunmuşdur. Bu, elə
həmin jurnalın 2 sentyabr nömrəsində
çıxmış "Seçkilərə necə
hazırlaşmamaq olar?"
sərlövhəli məqaləyə cavab şərhidir.
E.Aslanov şərhində yazır
ki, Azərbaycan hökuməti kütləvi
informasiya vasitələrinin
hər hansı dövlətin vətəndaşlarının
həyatında əhəmiyyəti
barədə ətraflı
məlumata malikdir. Azərbaycan hökuməti KİV-lərin
azadlığını dəstəkləyir
və müdafiə edir. Məhz buna görə hökumət Azərbaycanda
nəşr olunan yüzlərlə gündəlik
qəzet, jurnal və mətbu orqanların formatına
və məzmununa müdaxilə etmir.
Siyasi təhlil
və informasiya təminatı şöbəsinin
müdiri yazır ki, Azərbaycanda müəyyən problemlər
olsa da, vaxtı gələndə
onların hamısı
həll edilir. Elnur Aslanov vurğulayır:
"SSRİ-nin 70 illik
hakimiyyətinin xarabalıqlarından
bir nəsildən də az müddət
ərzində müasir,
dünyəvi və demokratik cəmiyyət yaratmaq o qədər də asan məsələ deyildir.
Buna baxmayaraq, hazırda
Azərbaycan harmonik,
tolerant, polietnik və
polikonfessional dövlətdir,
Avropa ilə Asiya arasında sosial-siyasi və iqtisadi vəsilə rolu oynayan, get-gedə
güclənən təsir
mənbəyidir.
Azərbaycan Cənubi Qafqazda
strateji tərəfdaşdır.
O cümlədən
NATO bu tərəfdaşlıqdan
Əfqanıstanda koalisiya
qüvvələrinə maddi-texniki
mallar göndərilməsi
üçün dəhliz
kimi istifadə etməyə ümid bəsləyir. Müəllif bildirir ki, Azərbaycan dövləti
qısa müddətdə
ölkənin iqtisadi inkişafında müəyyən
uğurlara nail olmuşdur.
Məsələn,
Dünya İqtisadi Forumu tərəfindən dərc olunan Qlobal rəqabətə davamlılıq
üzrə hesabata görə, hazırda Azərbaycan 148 ölkə arasında 39-cu yerdədir.
Hesabatda çoxsaylı amillər qeyd edilmiş, o cümlədən 2001-ci ildə 50 faiz olan yoxsulluq
səviyyəsinin azalaraq 2013-cü ildə 6 faizə
düşməsi barədə məlumat verilmişdir.
Elnur Aslanov bütün deyilənləri nəzərə
alaraq qeyd edir ki, "azad və ədalətli seçkilər bütün
demokratik proseslərin təməlidir. Azərbaycan davamlı iqtisadi inkişafın, qlobal
məkanda sosial-siyasi təhlükəsizliyin
tərəfdarı olduğuna görə
ölkə hökuməti şəffaf, azad
və ədalətli seçkilərin təmin olunması üçün hər cür
səy göstərəcəkdir".
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.