«The United Press International»: Azərbaycan
qazının əhəmiyyəti
artır
ABŞ-da çıxan "The United Press
International" qəzetində ABŞ-ın Energetika Nazirliyinin Azərbaycan qazının Avropaya ixracına
dair mövqeyi barədə məlumat dərc olunmuşdur. Məlumatda deyilir: "Şahdəniz" yatağının
işlənilməsi ilə
əlaqədar Azərbaycanın
təbii qaz hasilatçısı və
ixracatçısı kimi
əhəmiyyəti artır".
ABŞ-ın Energetika Nazirliyinin Energetik informasiya idarəsinin məlumatına görə,
Azərbaycan qazının
35 milyard kubfutu (1 kubfut 0,028 kubmetrə bərabərdir)
məhz "Şahdəniz"
yatağındadır. Energetik
informasiya idarəsinin
analitik hesabatında
"Cənub dəhlizi" layihəsindən
və Azərbaycan qazının Cənubi Qafqaz qaz kəməri
ilə Transanadolu qaz kəmərinə nəqlindən danışılır.
Daha sonra Transadriatik qaz kəməri ilə birləşəcək Transanadolu
qaz kəməri ilə 2019-cu ildən
başlayaraq Avropaya qaz ixrac olunacaqdır.
Azərbaycan 2007-ci ildən qaz ixracatçısına
çevrilmişdir.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.