İqtisadi inkişafın uğurlu formulu
Prezidentin
iştirakı ilə iki gündə beş rayonda 16 sosial obyektin
açılışı və 3 obyektdə aparılan böyük abadlıq-quruculuq işləri regional siyasətin alternativsizliyindən xəbər
verir
Ötən
10 ildə qarşıya qoyulmuş
başlıca vəzifələr əhalinin sosial
rifah halının
yaxşılaşdırılmasından abadlıq-quruculuq
işlərinin daha sürətlə
aparılmasından, xidmət və infrastruktur
sahələrində işin müasir dövrün tələblərinə
uyğunlaşdırılmasından
ibarətdir. Bu illərdə həyata keçirilmiş
çoxşaxəli tədbirlər sistemi
həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə
görə miqyaslı, konkret və
ünvanlı olması ilə diqqət çəkir. Ölkə
başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın
bütün regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi
üçün konktet
vəzifələr müəyyənləşdirmişdir.
Bu gün ikinci elə bir dövlət tapmaq
çətindir ki, son
10 ildə ümumi daxili
məhsulun artım tempinə görə dünyada
lider mövqeyini qoruyub saxlasın, qısa müddətdə
dövlət büdcəsinin vəsaitlərini 12 dəfədən
çox artıra bilsin. Azərbaycan
bunları bacarmaqla yanaşı, həm də
regionların sosial-iqtisadi inkişafına
xidmət edən mühüm dövlət
proqramlarını, fərman və sərəncamları uğurla icra etmişdir. Ölkədə həyata
keçirilən sosial infrastruktur
layihələri nəticəsində bölgələrin
siması dəyişmiş, sahibkarlığın
inkişafı, yeni istehsal
müəssisələrinin fəaliyyətə
başlaması, iş yerlərinin
açılması naminə sistemli
addımlar atılmışdır.
Azərbaycanın
son illərdəki büdcəsinə nəzər
saldıqda həyata keçirilən iqtisadi
strategiyanın milli maraq
və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini
tapır. MDB dövlətlərinin büdcə vəsaitləri
2003-2012-ci illərdə 3-4 dəfə artdığı halda, respublikamızda bu
göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin
illik artım tempi
ötən dövrdə orta hesabla 30-40 faiz artımla
müşayiət olunmuşdur.
Son 3 ilin dünya
iqtisadiyyatının ağır, sarsıdıcı böhranla üzləşdiyini nəzərə
aldıqda, Azərbaycanın bu üzücü prosesdən maksimum
az itki ilə
çıxdığını, üstəlik, ümumi daxili məhsulun
artımı sahəsində mühüm
irəliləyişlərə nail olduğunu demək olar. Modernləşmə
istiqamətində inamlı tədbirlər həyata
keçirən Azərbaycanda hazırda milli
ideya səviyyəsində nəzərdən
keçirilən məqsədlərdən biri
də məhz respublikanın orta inkişaf etmiş ölkələr
səviyyəsindən yüksək inkişaf
etmiş ölkələr səviyyəsinə
çatdırılmasıdır. Bu məqsədin
gerçəkləşdirilməsi üçün
2020-ci ilədək ümumi daxili məhsulun azı 2 dəfəyədək
artırılması mühüm vəzifə
kimi müəyyənləşdirmişdir.
Respublikanın ilbəil genişlənən maliyyə imkanları
isə bu məqsədə çatmaq üçün
islahatları keyfiyyətcə yeni mərhələdə
də yüksək dinamizmlə davam etdirməyə
imkan verir.
Dövlət
başçısının 14 aprel
2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın başlıca məqsədi ölkədə
qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi
inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına
nail olmaqdır. Sahibkarlığın
inkişafı da ölkə
iqtisadiyyatının şaxələndirilməsi
baxımından həyata keçirilən dövlət siyasətinin
aparıcı istiqamətlərindən birini
təşkil edir.
Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının davamı kimi
ötən müddətdə ayrı-ayrı bölgələrin
inkişafı ilə bağlı əlavə sərəncamlar
imzalanmışdır. Həmin sərəncamlar
əsasında Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən,
Qəbələ, Şəki, Balakən, Qax,
Zaqatala, İsmayıllı, Oğuz, Şamaxı, Lənkəran, Astara, Lerik, Masallı, Şirvan, Hacıqabul, Kürdəmir,
Saatlı, Sabirabad, Ağstafa,
Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Ağdam, Bərdə,
Tərtər, Ağsu, Ucar, Zərdab (şəhər),
Yardımlı və digər rayonların inkişafı üçün əlavə tədbirlər sistemi müəyyən edilmiş,
dövlət büdcəsindən zəruri maliyyə vəsaiti
ayrılmışdır.
Həyata
keçirilən iqtisadi siyasətin əsasən
sosialyönümlü mahiyyət
daşıması bir sıra
reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların
sosial müdafiəsi, istehsalçı və
istehlakçının maraqlarının
uzlaşdırılması, bir sözlə,
sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik
dövrünü səciyyələndirən
prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.
Azərbaycanda yeni mülkiyyət
formalarının yaranması, sahibkarlığın sürətli
inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin
sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir.
2009-cu il martın 18-də keçirilmiş
ümumxalq referendumu
ilə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci
maddəsinə edilmiş bir sıra mütərəqqi əlavələr
də Azərbaycanda hər bir vətəndaşın
normal yaşayış səviyyəsinin,
sosial rifah
halının yüksəldilməsi, firavan
yaşayışının təmini yönümündə
həyata keçirilən tədbirlərin mahiyyətindən
irəli gəlmişdir. Həmin maddəyə
edilmiş dəyişikliyə görə
insan və vətəndaş hüquq azadlıqları ilə yanaşı,
"Azərbaycan Respublikasının vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin
edilməsi" dövlətin ali məqsədləri
sırasına daxil edilmişdir.
Bu əlavənin Konstitusiyada
əksini tapması respublikanın maliyyə imkanlarının
əhəmiyyətli dərəcədə artması,
hökumətin iqtisadi siyasət
strategiyasında sosialyönümlü məsələlərin
prioritetə çevrilməsi ilə şərtlənmişdir. Azərbaycan dövləti
insan hüquq və
azadlıqlarının yüksək səviyyədə
müdafiəsi ilə öz vəzifəsini
qətiyyən məhdudlaşdırmayıb, hər kəsin layiqli həyat səviyyəsinin təmin
olunmasını da ciddi
öhdəlik kimi üzərinə götürmüşdür.
Neft gəlirlərinin
iqtisadiyyatın vacib sahələrinə,
xüsusən də, qeyri-neft sektoruna, istehsal sahələrinə
yönəldilməsi, yeni müəssisələrin
açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir
sözlə, əhalinin sosial müdafiə
tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata
keçirilən
sosialyönümlü iqtisadi
siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa
yalnız neft amili
hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi
naminə qeyri-neft sektoruna
xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən
asılılığı azaltmaqla
ölkədəki dinamik iqtisadi
inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların
yaradılmasını nəzərdə tutur.
Ümumiyyətlə,
dövlətin sosialyönümlü siyasəti
yalnız bazar münasibətlərinin və
sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların
düşüncəli surətdə yenidən
bölüşdürülməsinə imkan
verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata
keçirilə bilər.
Sosialyönümlü dövlətin əsasını
insan ləyaqəti, ədalət, məsuliyyət,
fərdin maddi statusunun
kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri
təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək,
cəmiyyətdə qarşıdurmanın azalmasının, vətəndaş
həmrəyliyinin formalaşmasının, bütün
sosial qrup və fərdlərin
mənəviyyatının artmasının labüd
yoludur. Qərbin sosial
məsələlərə geniş yer verən bir sıra
ölkələrinin inkişaf təcrübəsi
bazar azadlığının və
dövlətin iqtisadiyyata təsiri arasındakı
balansın nə qədər çətinliklə əldə
olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən
vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri
üçün maneə yaradır.
Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur.
Yəni, ən inkişaf etmiş
dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni
hüquqların təmini ilə bağlı böyük
çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü
siyasəti azad bazar
iqtisadiyyatının tələbləri ilə kəskin
ziddiyyətlər doğurmur.
2003-cü
ildən ölkədə məqsədyönlü surətdə
həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli
xidmət məramı dayanmışdır. 3 min
metr hündürlükdə yerləşən
Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən
Lerik və Yardımlıya təbii qaz kəmərinin çəkilməsi buna sübutdur. Eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və təbii qazla
təmin olunması, Bakıya Oğuz-Qəbələ
zonasından su kəmərinin çəkilməsi,
paytaxtda yeni
körpülərin, yol
ötürücülərinin, piyada
keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda
əsaslı yenidənqurma işlərinin
aparılması, rayonlarda yeni
təhsil, səhiyyə, mədəniyyət, Olimpiya-idman
komplekslərinin tikintisi, qaçqın
düşərgələrinin ləğvi və digər tədbirlər
dövlət başçısının iqtisadi
siyasətinin dinamizmini, səmərəliliyini
bir daha sübuta yetirir.
Dövlət
proqramlarının icra vəziyyətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti
mütəmadi olaraq regionlara
səfərlər edərək görülən işlərlə
əyani tanışlıq imkanı qazanmış, mövcud problemlərin həlli üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermiş,
məmurlar qarşısında vəzifə məsuliyyətini,
vətəndaşlara həssas münasibət məsələsini
aktuallaşdırmışdır. Bu səfərlər
dövlət başçısına vətəndaşların
həyat tərzi, düşüncələri, arzu və istəkləri, eyni
zamanda, regionların inkişafı istiqamətində
həyata keçirilən tədbirlərlə yaxından
tanış olmaq imkanı yaradır.
Prezident İlham Əliyev bu
günlərdə Yevlax, Bərdə
rayonlarına, Naftalan şəhərinə,
eləcə də Şəmkir və Gədəbəy
rayonlarına iki günlük
səfəri zamanı 16 sosial obyektin açılışında iştirak etmiş, 3
obyektdə aparılan abadlıq-quruculuq işləri ilə
tanış olmuşdur. Ölkə
başçısının adı çəkilən rayonlara
səfəri Heydər Əliyev Mərkəzinin, avtomobil yollarının, məcburi köçkün ailələri üçün yeni
salınmış məhəllənin, yeni
xəstəxananın, məktəb binalarının, mehmanxana komplekslərinin, körpülərin,
içməli suyun verilməsi mərasimi,
Bayraq Meydanı mərkəzinin
açılışı ilə əlamətdar olmuşdur.
Ölkə
başçısı Şəmkir şəhərində
içməli suyun verilməsi mərasimində
iştirakı zamanı bildirib: "Regional inkişaf
proqramı hər il yüz
milyonlarla manat vəsaitin
qoyuluşu deməkdir. Son
10 il ərzində isə
bütövlükdə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulmuşdur. Yəni, əgər illərə
bölsək, bu hər ilə orta hesabla 15 milyard dollar düşür. Azərbaycan kimi
ölkə üçün bu, çox böyük rəqəmdir. Bütün
bu vəsaiti biz düşünülmüş siyasət və
ardıcıl, məqsədyönlü fəaliyyət nəticəsində
əldə etmişik. Azərbaycan
xalqının zəhməti, istedadı və düzgün
siyasəti hesabına biz buna
nail ola bilmişik. Bu gün Azərbaycanda olan dinamik inkişaf heç bir yerdə yoxdur. Mən bunu tam əminliklə və qətiyyətlə
deyirəm. Ona görə yox
ki, biz burada
özümüzü tərifləyirik. Amma bu, reallıqdır. Heç bir ölkə son 10 il ərzində Azərbaycan
qədər inkişaf etməyib və inkişaf etmir. Bu il də dinamik
inkişaf təmin edilib.
Altı ayın yekunları da onu göstərir. Qeyri-neft
sektoru sürətlə inkişaf
edir, iş yerləri
açılır, yoxsulluq azalır və
abadlaşan şəhərlərimiz dediyim sözlərin ən gözəl təsdiqidir.
Bir daha demək istəyirəm
ki, bu reallıq özünü Şəmkir rayonunun
timsalında da çox
gözəl şəkildə göstərir".
Ölkədə
infrastruktur layihələrinin
reallaşdırılması, ictimai həyatın
bütün sahələrinin yeniləşdirilməsi
Azərbaycanda həyata keçirilən iqtisadi
siyasətin mühüm tərkib hissəsinə
çevrilmişdir. Həyata keçirilən
bu tədbirlər insanların daha firavan və rahat yaşamasına, ümumilikdə ölkə
iqtisadiyyatının dinamik
inkişafına xidmət edir.
Elnur
HACALIYEV
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 4.