Dünyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 illik inkişafını təhlil edən «Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq» adlı hesabat yaymışdır

 

2013-cü il sentyabrın 12-də Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın son on illik dövr ərzində keçdiyi inkişaf yolunu təhlil edən "Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq" adlı hesabat yayılmışdır.

AzərTAc xəbər verir ki, mərkəzin eksperti Georgia Çantzinin müəllifi olduğu hesabatda son 10 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyi, siyasi, iqtisadisosial sahələrdə ciddi uğurlar əldə edildiyi qeyd olunur. Vurğulanır ki, Azərbaycan MDB ölkələri sırasında inkişaf və rəqabətqabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümummilli gəlirin artımı göstəricilərinə görə ciddi irəliləyişlər əldə etmiş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə görə 2005-2011-ci illər ərzində 25 pillə irəliləyərək yüksək insan inkişafı ölkələri qrupu sırasına qoşulmuşdur. Həmçinin qeyd edilir ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik 2013-2014" reytinqinə əsasən, Azərbaycan dünya ölkələri sıralanmasında 39-cu mövqeyə yüksəlmişdir. 2008-2009-cu illər dünya maliyyə böhranı zamanı bir çox ölkələr ciddi iqtisadi çətinliklər qarşısında qalsalar da, Azərbaycan müsbət iqtisadi inkişaf trendini qoruyub saxlamış və hazırda yuxarı orta gəlirli ölkələr sırasına qoşulmuşdur.

Hesabatda Azərbaycanın dünyadakı bir çox ən önəmli beynəlxalq təşkilatlarda təmsil edildiyi, BMT-yə yeni üzv olmuş (təşkilata 1991-ci ildən sonra daxil olmuş) postsovet ölkələri sırasından qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş ilk dövlət kimi tarixə düşdüyü vurğulanır. Müəllif qeyd edir ki, "...əksər postsovet ölkələrinin ciddi daxili iqtisadisiyasi böhranların qarşısını almaq naminə yenidən Rusiyanın çətiri altına keçmək dilemması ilə qarşı-qarşıya qaldığı bir dövrdə Azərbaycan regional və beynəlxalq səviyyədə davamlı və müstəqil inkişafın uğurlu nümunəsi olmuş, regionda öz mövqelərini gücləndirmişdir".

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəyə enerji gəlirlərinin axmağa başladığını qeyd edən müəllif vurğulayır ki, "...bununla da Azərbaycan daxili transformasiya dövrünə qədəm qoymuş, iqtisadisiyasi sabitlik təmin edilmiş, dövlət quruculuğu prosesinə başlanılmış və beləliklə, ölkədəki gələcək uğurlu inkişafın əsasları qoyulmuşdur." 1999-cu ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə neft gəlirlərinin toplanılması, səmərəli şəkildə idarə edilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft  Fondu yaradılmışdır. 2013-cü il yanvar ayı üçün fondun aktivləri 34 milyard ABŞ dollarına çatmışdır.

Sonrakı dövrdə iqtisadiyyatı şaxələndirməyi və qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına məqsəd qoyan rəsmi Bakı tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edilmiş, nəqliyyat, informasiyakommunikasiya texnologiyaları, kənd təsərrüfatı və turizm iqtisadiyyatın yeni prioritet sahələri elan edilmişdir.

Hesabatda qeyd edilir ki, nəqliyyat sahəsində Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə etməklə Avrasiyanın mərkəzində, Avropa ilə Asiya arasında önəmli ticarət dəhlizinə çevrilmək istəyir. Bu sahədə artıq bir sıra layihələrin icrasına başlanılmış, ölkənin nəqliyyat infrastrukturunun yenidən qurulmasına və inkişafına, eləcə də nəqliyyat sahəsində qanunvericiliyin mükəmməlləşdirilməsinə yönəlik siyasət həyata keçirilmişdir. Müəllif hazırda nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, Ələt Beynəlxalq Dəniz Limanının tikintisi və Bakı Beynəlxalq Aeroportunun genişləndirilməsi kimi strateji əhəmiyyətli layihələrin reallaşdırılmaqda olduğunu vurğulayır.

Hesabata əsasən, informasiyakommunikasiya texnologiyaları Azərbaycan üçün yeni sahə olsa da, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması və gücləndirilməsinə diqqət artırılmış, təhsil müəssisələrinin kompyuterləşdirilməsi və internetə çıxışının təmin edilməsi həyata keçirilmiş, eləcə də dövlət orqanlarında bir çox xidmətlərin elektron qaydada göstərilməsinə başlanılmışdır. 2013-cü il Azərbaycanda "İnformasiyakommunikasiya texnologiyaları ili" elan edilmiş, eyni ildə Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır.

Hesabatda həmçinin deyilir ki, genişlənən iqtisadi imkanlarından istifadə edən Azərbaycan istər daxili, istərsə də xarici investisiyaların həcmini artırmışdır. Ölkədə 1990-cı illərdə xarici investisiyalar daxili investisiyaları üstələsə də, hazırda bu balans daxili investisiyaların xeyrinə dəyişmişdir. Azərbaycanın ətraf regionlarda ciddi investisiya layihələrini reallaşdırdığını qeyd edən müəllif Türkiyədə "Petkim" şirkətinin özəlləşdirilməsi və 5 milyard ABŞ dolları məbləğində investisiya ilə yeni neft emalı zavodunun tikintisi, Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın səhmlərinin 66 faizinin satın alınması, Gürcüstana irihəcmli yatırımların qoyulması kimi gələcəyə hesablanmış strateji investisiya layihələrindən bəhs edir.

Təhlil edilən dövr ərzində insan inkişafı və sosial transformasiyanın dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd edilən hesabatda adambaşına düşən nominal milli gəlirin 2002-2012-ci illər ərzində 720 ABŞ dollarından 7490 ABŞ dollarına yüksəldiyi, yoxsulluğun aradan qaldırılması sahəsində ciddi uğurların qazanıldığı deyilir. Gənclərin öz potensiallarını reallaşdırması üçün yüksək səviyyəli təhsilin önəminin nəzərə alındığını qeyd edən müəllif vurğulayır ki, "təhsil sahəsinə ciddi yatırımlar edilmiş, Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilmişdir". Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladan müəllif 1990-cı ildə parlamentin tərkibinin cəmi 4,3 faizinin qadınlardan ibarət olduğu halda, bu rəqəmin 2010-cu il seçkilərindən sonra 16 faizə yüksəldiyini, ölkədəki bələdiyyə üzvlərinin isə ümumilikdə 30 faizinin qadınlardan ibarət olduğunu vurğulayır.

Hesabatda ölkədə insan haqları, təhsil, qadın haqları, mədəniyyət, gənclər və s. sahələr daxil olmaqla təxminən 25 müxtəlif istiqamətdə fəaliyyət göstərən, qeydə alınmış 3000 qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyi bildirilirbu təşkilatların vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı əhəmiyyətini nəzərə alan dövlətin onların layihələrinin maliyyələşdirilməsinə yardım göstərdiyi diqqətə çatdırılır.

Hesabatda deyilir ki, dövlət quruculuğu sahəsində bürokratiyaqeyri-effektiv idarəetməyə qarşı mübarizə çərçivəsində bir tərəfdən antikorrupsiya, vergidən yayınma və kölgə iqtisadiyyatı əleyhinə qanunlar qəbul edilmiş, digər tərəfdən müəllifin xüsusilə vurğuladığı kimi, "...dövlət idarəçiliyində müxtəlif strukturların modernləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar aparılmışdır". Dövlət idarəçiliyində islahatlardan danışarkən müəllif ASAN xidmətin fəaliyyətinə xüsusilə müsbət qiymət verir.

Hesabatın sonunda qeyd edilir ki, Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləri beynəlxalq mətbuatın və ekspertlərin diqqətini ölkəyə cəlb etməkdədir. Müəllifin fikrincə, son iyirmi, xüsusən də, 2003-2013-cü illəri əhatə edən son on illik dövr ərzində siyasi, iqtisadisosial sahədə əldə edilmiş inkişafın nəticələrinin təhlili prezident seçkilərinin mümkün nəticələri barədə də ehtimallar irəli sürməyə imkan verir: "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyası ona parçalanmış və qeyri-mütəşəkkil müxalifət üzərində üstünlük verirbuna əsaslanaraq qarşıdakı illərdə Azərbaycanda mövcud siyasi sabitlikiqtisadi inkişaf xəttinin davam edəcəyini söyləmək olar".

Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin internet səhifəsində yerləşdirilmiş hesabatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

 

http://www.icbss.org/index.php?pid=197&cid=14

 

http://icbss.org/media/1018_original.pdf

 

Qeyd edək ki, Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi həm müstəqil beyin mərkəzi, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bir qurumu olmaqla istər mərkəzi ofisinin yerləşdiyi Yunanıstanda, istərsə də geniş Qara dəniz regionunda ən nüfuzlu və təsirli beynəlxalq beyin mərkəzlərindən biri hesab edilir.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 4.