Yunanıstanın Azərbaycandakı səfiri İqtisadi İnkişaf Nazirliyində olmuşdur

 

Sentyabrın 13-də Yunanıstan Respublikasının Azərbaycandakı səfiri Dimitrios Tsounqas İqtisadi İnkişaf Nazirliyində olmuşdur.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfirin iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə keçirildiyi görüşdə Azərbaycan və Yunanıstan arasında iqtisadi əlaqələrin və qarşılıqlı faydalı  əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.