Fövqəladə
hallar naziri Zaqatalada vətəndaşları qəbul etmişdir
Sentyabrın
13-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik
Kəmaləddin Heydərov Zaqatala rayonunda nazirliyin Şimal-Qərb
Regional Mərkəzinin əhatə etdiyi Zaqatala, Qəbələ,
Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan
rayonlarının sakinlərini qəbul etmişdir.
Fövqəladə
Hallar Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
Kəmaləddin Heydərov tərəfindən qəbul edilən
48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə
öz həllini tapmış, bir sıra məsələlərlə bağlı
qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin
görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə
tapşırıqlar verilmişdir.
Bundan əlavə,
baş vermiş zəlzələ
ilə bağlı 1200-dən artıq vətəndaş nazir müavinləri və aidiyyəti qurum rəhbərliyi, kadr
məsələləri ilə bağlı 125, digər məsələlərlə
bağlı müraciət etmiş 35 vətəndaş
nazirliyin müvafiq baş idarə
və struktur rəhbərləri tərəfindən
qəbul olunmuşdur.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.