«İçərişəhər» Dövlət
Tarix-Memarlıq Qoruğu ərazisində muzey
ekspozisiyalarının yenidən
qurulması ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycanda tarixi
abidələrin yerləşdiyi ərazilərdə müasir tələblərə cavab verən muzey
ekspozisiyalarının yenidən qurulmasını təmin etmək
məqsədi ilə qərara alıram:
1.
İçərişəhər ərazisində muzey
ekspozisiyalarının yenidən qurulması üçün
Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 sentyabr
2013-cü il
Azərbaycan.-2013.-17 sentyabr.-S.1.