Baş prokuror
Ağcabədidə vətəndaşları qəbul etmişdir
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin
şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov sentyabrın 13-də Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax,
İmişli, Beyləqan və Füzuli
rayonlarında yaşayan vətəndaşları
qəbul etmişdir.
Azərbaycan
Respublikası Baş Prokurorluğunun
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbuldan əvvəl baş
prokuror ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin
mərkəzində ucaldılmış abidəsini ziyarət
etmiş, önünə gül
dəstəsi qoymuş, ulu
öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişdir. Gün ərzində
aparılmış qəbul zamanı baş
prokuror 60-dan artıq vətəndaşın
müraciətini, o cümlədən ərizə,
şikayət və təkliflərini nəzərdən
keçirərək bilavasitə prokurorluq
orqanlarının səlahiyyətlərinə aid
olan məsələlər üzrə
onların qanunauyğun,
dərhal və operativ şəkildə həll
edilməsi üçün Baş Prokurorluğun əlaqədar
struktur qurumlarının rəhbərlərinə
və tabe rayon
prokurorlarına müvafiq göstərişlər
vermişdir. Prokurorluğun
səlahiyyətlərinə aid olmayan digər məsələlərlə
bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə
göndərilməsi təmin olunmuşdur.
Baş prokuror
tərəfindən qəbul edilən vətəndaşların
müraciətlərinin əksəriyyəti elə yerindəcə
öz həllini tapmışdır.
Daha sonra qeyd edilən
rayonların prokurorlarının iştirakı ilə
müşavirə keçirilməklə regionda
ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi
və kəsərliliyinin artırılması üçün
konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə
ciddiliklə baxılması və onların qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət
daşımaları onların diqqətinə
çatdırılmışdır.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.