Kənd təsərrüfatı naziri Samux rayonunda vətəndaşları qəbul etmişdir

 

Kənd təsərrüfatı naziri İsmət Abbasov sentyabrın 13-də Samuxda bu rayondan, həmçinin Yevlax, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda iştirak edən vətəndaşlar əsasən torpaqların suvarılması, subsidiyaların, eləcə də aqrolizinq xətti ilə texnikaların ayrılması, dünya bazarında gübrələrin qiymətlərinin artması ilə əlaqədar Azərbaycan hökumətinin fermerlərə dəstək məqsədilə gübrə üçün ödədiyi  yardımın 70 faizə çatdırılması barədə arzu və təkliflərini bildirmişlər.

İsmət Abbasov qaldırılan məsələlərin həllinə kömək göstəriləcəyini qeyd etmiş, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan islahatlardan danışmışdır. Nazir bu sahədə heç bir problemin olmadığını və respublikamızda istər əkinçiliyin, istərsə də heyvandarlığın inkişafının sürətlə getdiyini diqqətə çatdırmışdır.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll edilmiş, bəzilərinin isə araşdırılaraq qanunvericiliyə uyğun surətdə həllini tapması üçün nazirliyin müvafiq qurumlarına göstəriş verilmişdir.

Vətəndaşlar qəbuldan qazı qaldıqlarını bildirmişlər.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.