Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat
Federasiyasının
prezidenti
Kirsan İlümjinovu
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul etmişdir.
"Məktəbdə şahmat" proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunmasının önəmini qeyd etdi. O, Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirdi. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mantiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirdi.
Dövlət başçısı "Məktəbdə şahmat" proqramının Azərbaycanda ardıcıl olaraq davam etdiriləcəyinə əminliyini ifadə etdi. Ölkəmizdə şahmatın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini dedi. Ölkəmizdə "Baku Open-2013" Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərinin görüldüyünü deyən dövlət başçısı Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü bildirdi.
AzərTAc
Azərbaycan.-2013.-17. sentyabr.-S.1.