Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisini və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul etmişdir

 

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.

Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17. sentyabr.-S.3.