Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Yevlaxda
vətəndaşları qəbul etmişdir
Sentyabrın
13-də Əmlak Məsələləri Dövlət Komitəsinin
sədri Kərəm Həsənov Yevlax
şəhərində vətəndaşları qəbul etmişdir.
AzərTAc
xəbər verir ki,
Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin 17 saylı Ərazi İdarəsində
keçirilən qəbulda Mingəçevir şəhərindən,
Yevlax, Goranboy, Göyçay, Ağdaş,
Zərdab, Kürdəmir, Ucar, Bərdə,
Beyləqan, Tərtər, Ağcabədi, Füzuli
və Ağdam rayonlarından olan vətəndaşların müraciətlərinə
baxılmışdır.
Qəbulda
vətəndaşlar əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı,
dövlət əmlakının özəlləşdirilməsi
və icarəyə verilməsi, həmçinin komitənin
digər fəaliyyət istiqamətinə aid
olan məsələlər barədə
müraciətlər etmişlər.
Bəzi
müraciətlərin həlli istiqamətində
tapşırıqlar verilmiş,
araşdırma tələb olunan
müraciətlər isə qeydiyyata
alınmışdır.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.