Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
ATƏT-in
Demokratik Təsisatlar və İnsan
Haqları Bürosunun nümayəndələriylə
görüşüb
Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Olena Qreçcanyuk və Vida Koren Holm ilə görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri qarşıdan gələn prezident seçkilərinin ölkəmizin həyatında mühüm siyasi hadisə olduğunu bildirib, ATƏT-in prezident seçkilərinin müşahidə missiyasının fəaliyyətinin vacibliyini qeyd edib.
Muxtar respublikada beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılacağını bildirən Ali Məclisin Sədri qonaqlara missiyalarında uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Olena Qreçcanyuk və Vida Koren Holm bildiriblər ki, fəaliyyətləri dövründə muxtar respublikada seçki kampaniyasını, seçki qanunvericiliyinin icrasını, eləcə də səsvermə prosesini yaxından izləyəcəklər.
Görüşdə
beynəlxalq müşahidəçilərin fəaliyyətinin
təşkili və qarşıda duran vəzifələr barədə
fikir mübadiləsi aparılıb.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2013.-17. sentyabr.-S.3.