Azərbaycanda seçki prosesinin izlənməsi üçün

yaradılan şərait yüksək qiymətləndirilmişdir

 

Sentyabrın 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazə və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə görüşmüşdür.

Oqtay Əsədov Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, vebkameraların quraşdırıldığı 1000-dən artıq seçki məntəqəsində səsvermənin gedişatını izləmək mümkün olacaqdır.

Milli Məclisin Sədri qeyd etmişdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları BürosundanParlament Assambleyasından müşahidəçilər 9 oktyabr prezident seçkilərini izləyəcəklər. Ümumilikdə, ATƏT indiyədək Azərbaycanda səkkiz seçki prosesini izləmişdir. Oqtay Əsədov ümidvar olduğunu bildirmişdir ki, beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərlə bağlı hazırlayacağı hesabatlar dolğunobyektiv olacaqdır.

Görüşdə, həmçinin Fransa ilə parlamentlərarası əlaqələrin inkişafının önəmi vurğulanmışdır.

Azərbaycanda keçirilən seçkilərin dördündə müşahidəçi qismində iştirak etdiyini qeyd edən Mişel Vuazə ölkəmizdə seçki prosesinin izlənməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17. sentyabr.-S.3.