Azərbaycan Turizm İnstitutunda
Bilik Gününə
həsr edilmiş tədbir
Azərbaycan Turizm İnstitutunda
(ATİ) Bilik Günü
və 2013-2014-cü tədris
ilinin başlanmasına
həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın dövlət
himni səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkəmizdə təhsilin,
turizmin inkişafı
istiqamətində dövlət
tərəfindən həyata
keçirilən islahatlardan
danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin turizm sektorunun inkişafına xüsusi diqqət göstərdiyini
nəzərinə çatdıran
Əbülfəs Qarayev
qeyd etmişdir ki, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin
müxtəlif növlərinin
inkişaf etdirilməsi,
normativ-hüquqi aktların
qəbulu, bu sahədə kiçik və orta sahibkarlığın
təşviqi, müasir
turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində
bir çox mühüm tədbirlər
həyata keçirilmişdir.
Nazir diqqətə
çatdırmışdır ki, ölkəmizdə turizmin yüksək səviyyədə təşkilinə
artıq ATİ də
özünün peşəkar
kadrları ilə töhfəsini verməkdədir. Bu il ATİ-yə qəbul olunan tələbələrin əksəriyyəti
600 baldan yuxarı nəticə göstərmişdir.
Bu, olduqca sevindirici
haldır.
Ölkəmizdə təhsil sahəsinə
göstərilən dövlət
qayğısından danışan
nazir bildirmişdir ki, hər il yeni tədris
ocaqları tikilir, məktəb binaları bərpa edilib istifadəyə verilir. Eyni zamanda, hər
il azərbaycanlı
gənclər müxtəlif
xarici ölkələrin
ali məktəblərində
dövlət hesabına
təhsil alırlar.
Tədbirdə ATİ-nin rektoru Cəfər
Cəfərov institutun
uğurlu fəaliyyətindən
danışaraq bildirmişdir
ki, Azərbaycanda daxili turizmin inkişafını dəstəkləmək
məqsədi ilə yaradılmış Azərbaycan
Turizm İnstitutuna maraq ilbəil artır.
Rektor qazanılan
uğurları dövlətin
təhsilə göstərdiyi
qayğının nəticəsi
kimi qiymətləndirmiş
və demişdir ki, əsas məqsəd
Azərbaycanda daxili turizmi inkişaf etdirmək və ixtisaslı kadrlar hazırlamaqdır.
Diqqətə çatdırılmışdır ki, institutun məzunları ilk dəfə
olaraq bakalavr pilləsində ATİ-nin
diplomu ilə yanaşı, Avstriyanın
IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu da əldə
etmişlər. 2013-2014-cü tədris ilində ikili diplom alanlar
sırasında magistr
pilləsini bitirən
məzunlarımız da
olacaqdır.
Bildirilmişdir ki, bu tədris
ilində ATİ-yə
11 ixtisas üzrə
375 tələbə qəbul
olunmuşdur. Qəbul olunanların 46 faizinin keçid balı
400-dən yuxarıdır. ATİ-nin tələbəsi adını qazanan 4 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Mərasimdə cari ildən ATİ-də turizm və otelçilik ixtisası üzrə ingilis dilində təhsil alacaq xüsusi qrupun təşkil olunduğu xüsusi vurğulanmışdır.
Sonda
nazir Əbülfəs Qarayev bu il ATİ-yə ən yüksək
balla daxil olmuş gənclərə tələbə biletlərini
təqdim etmişdir.
Azərbaycan.-2013.-17. sentyabr.-S.5.