Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin fərmanı ilə «Space» Teleradio Şirkətinin
rəhbəri Vaqif Mustafayev
üçüncü dərəcəli
«Serbiyanın Bayrağı» ordeni ilə təltif
edilmişdir
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin 2013-cü il 2 sentyabr tarixli fərmanı ilə "Space" Teleradio Şirkətinin rəhbəri, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Vaqif Mustafayev Serbiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın və dostluq münasibətlərin inkişafına verdiyi töhfələrə görə üçüncü dərəcəli "Serbiyanın Bayrağı" ordeni ilə təltif edilmişdir.
Bu
barədə AzərTAc-a Serbiya Respublikasının Azərbaycandakı
səfirliyindən məlumat vermişlər. Məlumatda
həmçinin bildirilir ki,
Vaqif Mustafayev bu il Serbiyada
"Dünya kino incəsənətinə
töhfə" mükafatına və Serbiya
Respublikasının İncəsənət
Akademiyasının fəxri professoru
adına layiq görülmüşdür.
Azərbaycan.-2013.-17. sentyabr.-S.11.