2013-cü il
oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyası tərəfindən məşvərətçi
səs hüquqlu üzv
təyin olunmuş Ruslan
Teymur oğlu Mürsəlovun
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 28/157
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyası tərəfindən Ruslan Teymur oğlu Mürsəlov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin olunmuş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21, 28.2, 28.4 və 182.4-cü maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin olunmuş Ruslan Teymur oğlu Mürsəlov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
16.09.2013
Azərbaycan.-2013.-17. sentyabr.-S.9.